​Şəhid xanımının ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi açıldı

​Şəhid xanımının ölümünə səbəb olan qəza ilə bağlı
10:55 22.10.2021
279 Hadisə
A- A+

Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

SÜLH.İNFO xəbər verir ki, bu barədə Unikal.org-un sorğusuna cavab olaraq hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə oktyabrın 21-də Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı minik avtomobili hərəkətdə olarkən sürücü anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü, 38 yaşlı Tağıyev Emin Ağamir oğlu və sərnişini, 35 yaşlı Ələsgərova Günel İnqilab qızı hadisə yerindəcə dünyasını dəyişib. G.Ələsgərovanın oğlu isə xəsarət alıb.

Xatırladaq ki, qəza zamanı ölən G.Ələsgərova Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşıdır. O, Bakıdan rayona şəhid R.Hüseynovun anım mərasiminə gedirmiş.