​Ötən il bədxassəli şiş, vərəm və sifilis diaqnozu qoyulan gənclərin sayı açıqlanıb

​Ötən il bədxassəli şiş,
14:41 28.09.2022
226 Sosial
A- A+

Ötən il 14-29 yaşda olan 13 644 gәncə bәdxassәli şiş diaqnozu qoyulub.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Qeyd olunub ki, onların 6437-sini kişilər, 7207-sini isə qadınlar təşkil edir.

2010-cu ildə isə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların sayı 7626 nəfər olub.

İlk dəfə vərəm diaqnozu qoyulan 14-29 yaşlı gənclərin sayı isə 2535 nəfər təşkil edib.

Kişilərin sayı 1680, qadınların sayı isə 855 olub.

Diaqnozu ilk dәfә qoyulmuş sifilislә xәstәlәnәnlәrin sayı 836 nəfər təşkil edib.14-17 yaşda sifilisə yoluxan 1 nəfərdir. 2015-ci ildə onların sayı 10 nəfər olmuşdu.