Taliban hökuməti Rusiya ilə Əfqanıstana benzin, dizel yanacağı, qaz və buğda tədarükünə dair ilkin müqavilə imzalayıb.
Sulh.info.az xəbər verir ki, bu barədə Əfqanıstanın Ticarət və Sənaye naziri Hacı Nuriddin Əzizi "Reuters" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Əfqanıstan Rusiyadan hər il təxminən bir milyon ton benzin, bir milyon ton dizel yanacağı, 500 min ton mayeləşdirilmiş neft qazı (LPG) və iki milyon ton buğda tədarük etməyi nəzərdə tutur.