​Məlahət Abbasova Qazaxıstanda "Sarı gəlin" ifa edib

​Məlahət Abbasova Qazaxıstanda
17:00 28.09.2022
A- A+

Qazaxıstanın Aktau şəhərində keçirilən “II Abiş Alemi Teatr Festivalı” Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısı ilə bağlanıb.

 

Sulh.info.az  AzərTac-a istinadən xəbər verir ki, mahnı Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova tərəfindən ifa edilib. Bu barədə müsahibə verən Məlahət Abbasova ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib:

"Orada səhnəyə çıxıb sadəcə mahnını monoloq şəklində söyləyəcəkdim. Lakin son anda olduğu kimi ifa etmək istədim. Müğənni deyiləm, amma buna baxmayaraq, tamaşaçılar tərəfindən çox gözəl qarşılandım. Bu, mənim üçün böyük və çox yaddaqalan bir hadisə oldu. Təbii ki, bir azərbaycanlı olaraq bu mənə çox böyük fəxr hissi yaşatdı".

Qeyd edək ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi dövlətlərin də iştirak etdikləri festivala Məlahət Abbasova Türkiyə tərəfindən fəxri qonaq qismində dəvət edilib.

Festivalın bağlanış mərasimində iştirakçı ölkələrin rəsmi şəxsləri və Qazaxıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.