​Şəmkirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

​Şəmkirdə iki avtomobil toqquşub,
17:40 28.09.2022
234 Hadisə
A- A+

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcilli tibbi yardım briqadaları və DYP əməkdaşları cəlb olunub.