​Şəmkirdə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

​Şəmkirdə zəncirvari avtomobil qəzası olub,
18:54 28.09.2022
246 Ölkə
A- A+

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bir neçə avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

SÜLH.İNFO.az-ın Reporta istinadən məlumatına görə, xəsarət alanlar - 2003-cü il təvəllüdlü R.Məmmədəliyev, 1989-cu il təvəllüdlü Q.Hüseynov, 1994-cü il təvəllüdlü O.Quliyev, 1992-ci il təvəllüdlü V.Rüstəmli və 1996-cı il təvəllüdlü R.Haqverdiyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.