​“Moşu” obrazı ilə tanınan Xalq artisti: “Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

​“Moşu” obrazı ilə tanınan Xalq artisti: “Hamısı boş şeydi, mənim
21:00 28.09.2022
A- A+

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə danışmaq istəməyib.

Görünür Xalq artistinin sənətdən möhkəm qəlbi qırılıb ki, danışmaq istəməyib, Lent.az-a bir neçə kəlmə deyərək kifayətlənib:

“Nədən danışacağıq? Mənim yaradıcılığım var? Nə danışmaq istəmirəm, nə də görünmək”.

Sənət adamları diqqət istəyir, kövrək olur. Xalq artistini dilə tutmağa çalışdım. “Valeh bəy, elə bir tək Moşu obrazınız yetərlidir, o sizin vizit kartınız olub” deyilsə də, aktyor “əşşi, hamısı boş şey imiş” cavabını verib.