​Aİ və NATO ilin sonuna qədər yeni yol xəritəsini qəbul edəcək

​Aİ və NATO ilin sonuna qədər yeni yol xəritəsini
21:30 28.09.2022
255 Dünya
A- A+

Avropa İttifaqı (Aİ) və NATO 2022-ci ilin sonuna qədər strateji əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək yeni yol xəritəsini qəbul etməyi planlaşdırır.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ABŞ-ın Avropa Siyasətinin Təhlili Mərkəzinin təşkil etdiyi forumda deyib.

"Bizim strateji tərəfdaşlığımızı yeni səviyyəyə çıxarmağın vaxtı çatıb. Birlikdə 2022-ci ilin sonuna kimi qəbul edilməsi planlaşdırılan yeni yol xəritəsini hazırlayırıq", - Sannino bildirib.