​Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb

​Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı
21:45 28.09.2022
259 Dünya
A- A+

Çin yuanının dollar qarşısında dəyəri ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz artımından sonra ucuzlaşıb.

SÜLH.İNFO.az xəbər verir ki, dollar-yuan valyuta səbəti ilk dəfə olaraq psixoloji həddi keçib.Çin pul bazarlarında bu gün bir dollar 7,2458 yuan səviyyəsində müəyyən olunub.

Bu 2008-ci ilin yanvarından bu yana ən aşağı göstəricidir.

Çin yuanı FED-in 21 sentyabrda etdiyi son faiz artımından sonra son bir həftədə 3 faiz dəyər itirib.