​Litva müdafiə xərclərini 148 milyon avro artıracaq

​Litva müdafiə xərclərini 148 milyon
22:15 28.09.2022
253 Dünya
A- A+

Litvanın müdafiə xərcləri bu il 148 milyon avro artacaq, müxtəlif növ silahların, o cümlədən Amerikanın Himars sistemlərinin alınması planlaşdırılır.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin bugünkü iclasında qərar verilib.

“Biz müdafiənin maliyyələşdirilməsini artırır, bununla da parlament partiyalarının razılığını ardıcıl şəkildə həyata keçiririk”, - maliyyə naziri Gintare Skaiste bildirib.

Ölkənin müdafiə naziri Arvydas Anuşauskasın sözlərinə görə, vəsait 50 zirehli transportyor Ukraynaya verildikdən sonra Litvanın hərbi potensialının bərpasına yönəldiləcək.