​Putin Kremldən “qaçıb?" - ŞOK İDDİA

​Putin Kremldən “qaçıb?
09:59 29.09.2022
442 Siyasət
A- A+

Rusiya Prezidenti Vladimir Putinin Kremldən Valdaydakı villasına getdiyinə dair təsdiq olunmuş məlumat yoxdur.

Sulh.info.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata əsasən, Putinin proqramında da belə ziyarət yer almayıb. Yerli KİV-lər yazdığına görə, belə gərgin vaxtda Putinin harasa gedəcəyi inandırıcı deyil.

Müxalif jurnalist Farida Rusamova Putinin hökumətə qarşı aksiyalardan çəkinərək Valday gölü sahilindəki lüks və gizli villasına getdiyini irəli sürmüşdü. Jurnalist qeyd edib ki, bu məlumatı 3 fərqli mənbədən alıb.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra aksiyalar başlayıb. Nümayişçilər Putinin qərarına qarşı çıxır.