​Bakıda avtobus sürücüsündən ağlasığmaz addım - ANBAAN VİDEO

​Bakıda avtobus sürücüsündən ağlasığmaz addım
10:40 29.09.2022
332 Ölkə
A- A+

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

90-MO-493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

Mənbə: Manset.az