​Axundu namaz qılarkən öldürdülər - Azərbaycanda ŞOK QƏTL

​Axundu namaz qılarkən öldürdülər -
10:42 29.09.2022
612 Hadisə
A- A+

Lənkəranda axund bıçaqlanıb.

Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran ŞRPŞ-də faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Mənbə: Apa