Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu, Dövlət Gömrük Akademiyasının qarşısında baş verib.
Səhər saatlarında “Opel” və “KİA” markalı avtomobillər işıqforun qırmızı işığında toqquşub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən qəza nəticəsində hər iki sürücü xəsarət alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Akademiyanın qarşısında iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.