​Ukraynada yük maşını ilə avtobus toqquşub, 17 nəfər yaralanıb

​Ukraynada yük maşını ilə avtobus toqquşub,
14:15 29.09.2022
280 Dünya
A- A+

Ukraynada baş vermiş yol qəzasında 17 nəfər xəsarət alıb.

Bu barədə Odessa Milli Polisinin Baş İdarəsi məlumat yayıb.

Məlumata əsasən, bu gün səhər saat 07:30 radələrində Vizirka kəndi ilə Novıye Belyarı qəsəbəsi arasında yük avtomobili ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 17 nəfər xəsarət alıb.

Avtobusda 45 sərnişin olub.

Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.