“Ukraynanın işğal edilmiş ərazilərində Rusiyaya birləşmək üçün “referendum”un təşkil edilməsi və Rusiyada qismən səfərbərliyin elan edilməsi narahatlıq doğurur”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, belə hallar gərginliyin danışıqlar yolu ilə həllini çətinə salır:
“Ukraynanın işğal edilmiş ərazilərində keçirilən “referendum”dan ilhaq qərarı çıxarsa böhran dərinləşər. İlhaq qərarının çıxacağından narahatam. Çünki, tanıdığım cənab Putin bir şeyi ağlına qoydusa onu həmin formada həyata keçirəcək”.