​Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirib

​Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində
10:45 30.09.2022
226 Dünya
A- A+

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında görüşlər keçirib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi "Facebook" hesabında bildirib.

“Vaşinqtona səfərim çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlərim oldu”, - Qriqoryan deyib.

O, görüşlə bağlı detalları açıqlamayıb.

Bundan əvvəl Qriqoryan Pentaqonda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.