​Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

​Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında
12:33 15.10.2021
885 Siyasət
A- A+

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası başlayıb.

SÜLH.İNFO xəbər verir ki, iclası Belarus Prezidenti Aleksandr Lukaşenko açıb.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edəcək.

Görüşün gündəliyinə 11 məsələ daxildir.

İclasda dövlət başçılarının MDB çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqları, 2022-ci ildə MDB-yə sədrliklə bağlı qərar qəbul edəcəkləri gözlənilir.