​Azərbaycan bayrağı ilə bağlı yayılan görüntüyə dair polisdən AÇIQLAMA

​Azərbaycan bayrağı ilə bağlı yayılan görüntüyə dair polisdən
11:42 30.09.2022
371 Ölkə
A- A+

Bərdədə Azərbaycan bayrağı ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

A. Qiyaslı bildirib ki, qeyd edilən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.