​Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfər edib

​Azərbaycan Prezidenti Bolqarıstana rəsmi
12:15 30.09.2022
237 Siyasət
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.