​Rusiya tərəfindən təyin edilmiş liderlər Kremlə toplaşdı

​Rusiya tərəfindən təyin edilmiş liderlər
12:19 30.09.2022
225 Siyasət
A- A+

Ukraynanın dörd bölgəsinin Rusiya tərəfindən təyin edilmiş liderləri ilhaq planlarını yekunlaşdırmaq üçün Moskvaya səfər ediblər.

Sulh.info.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Məlumata əsasən, Luqansk vilayətinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Leonid Passetchnik “TASS”-a açıqlamasında "Mən Moskvadayam",- deyə cavab verib.

Bildirilib ki, separatçı liderlər bu gün ilhaqla bağlı "rəsmi" müraciətlərini ratifikasiya etmək üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcək.  Yaxın bir neçə gün ərzində Moskvadakı Rusiya əyalət parlamentinin məsələ ilə bağlı səsvermə keçirəcəyi gözlənilir.

Məlumata görə, Kreml hadisəni qeyd etmək məqsədilə, paytaxtın məşhur Qırmızı Meydan ətrafındakı bəzi küçələri bağlayacaq. Artıq “Donetsk, Luqansk, Zaporojjya, Xerson – Rusiya!” şüarları əks olunmuş reklam lövhələri ilə nəhəng video ekranlar quraşdırılıb. Ukrayna prezidenti Volodimir Zelenski isə Moskvanın dörd bölgəni ilhaq edəcəyi təqdirdə Rusiyaya “çox sərt” cavab veriləcəyi ilə bağlı yeni xəbərdarlıq edib.