​Bir ildir yemək yeyə bilmirdi, mədəsindən çıxanlar ŞOK ETDİ: 63 ədəd... - FOTO

​Bir ildir yemək yeyə bilmirdi, mədəsindən çıxanlar ŞOK ETDİ: 63 ədəd... -
13:00 30.09.2022
818 Maraqlı
A- A+

Hindistanın Uttar Pradeş ştatında bir ilə yaxındır yemək yeyə bilməməsi və qarnında şiddətli ağrılar olması şikayəti ilə həkimə müraciət edən 34 yaşlı kişinin mədəsinin rentgenoqrafiyası aparılıb. 

Sulh.info.az xəbər verir ki, Muzaffarnagar şəhərində yaşayan 34 yaşlı kişi 1 ildir yemək yeyə bilmədiyini bildirərək xəstəxanaya müraciət edib. Kişini müayinə edən Dr. Rakeş Xuran dərhal rentgen çəkdirməsini bildirib. 

Rentgen sonrası həmin şəxsin əməliyyatına başlanılıb. Çətin əməliyyatdan sonra 34 yaşlı kişinin mədəsindən 63 qaşıq çıxıb. Nəticədə kişinin qaşıqları qəsdən udduğu, ancaq bu vəziyyəti hər kəsdən gizlətdiyi öyrənilib. Hazırda reanimasiyada olan kişinin müalicəsi davam edir.

Mənbə: Timesofindia