Rusiya Prezidenti Putin Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Sulh.info.az xəbər verir ki, o, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edərkən deyib.
Putin çıxışı zamanı Kiyevə və Qərbə müraciət edib: “DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin əhalisi əbədi olaraq bizim vətəndaşlarımız olur. Kiyevi dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Kiyev "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır. Yalnız bu zaman sülhə getmək olar”.
Eyni zamanda Putin Rusiyanın DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin təhlükəsizliyini təmin edəcəyini, infrastrukturun bərpasına kömək edəcəyini qeyd edib.
Mənbə: TASS