​Azərbaycanda ağır yol qəzası: 2 ölü, 4 yaralı var - YENİLƏNİB / SON DƏQİQƏ

​Azərbaycanda ağır yol qəzası: 2 ölü, 4 yaralı var - YENİLƏNİB /
21:03 30.09.2022
447 Hadisə
A- A+

Ələtdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

***

20.56

Qəza ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edilib. Hadisə yerinə tibb briqadaları cəlb olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən qəza ilə əlaqədar 1 nəfər kişi hadisə yerində ölüb, 4 nəfər (biri kişi, üçü qadın olmaqla) Kliniki Tibbi Mərkəzə təxliyə edilir.

**

20.51

Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.