​"Fərrux kəndində aşkar edilmiş məzarlıqla bağlı istintaq hərəkətləri aparılır" - Kamran Əliyev

​
11:15 01.10.2022
566 Ölkə
A- A+

Xocalı rayonunun Fərrux kəndində tapılmış məzarlıqla bağlı araşdırma davam etdirilir.

Bunu APA-nın sualına cavab olaraq Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Fərrux kəndində aşkar edilmiş məzarlıqda insan qalıqlarının aşkar edilməsi ilə bağlı zəruri istintaq hərəkətləri aparılır:

"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".