​Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri başa çatıb

​Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri
20:30 01.10.2022
423 Siyasət
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb. 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.