​Venesuela hakimiyyəti 7 amerikalını həbsdən azad edib

​Venesuela hakimiyyəti 7 amerikalını həbsdən
10:00 02.10.2022
288 Siyasət
A- A+

Venesuela hakimiyyəti bir neçə ABŞ vətəndaşını həbsdən azad edib.

Bu barədə şənbə günü ABŞ prezidenti Co Bayden bildirib.

Onun sözlərinə görə, Venesuelada uzun illər qanunsuz həbsdə saxlanılan ümumilikdə 7 nəfər azad edilib.

Amerika lideri yazılı açıqlamasında "onlar tezliklə ailələrinə qovuşacaqlar" deyib.

Öz növbəsində, dövlət katibi Entoni Blinken də bildirib ki, söhbət altı ABŞ vətəndaşından, həmçinin bu ölkədə daimi yaşamaq icazəsi olan bir şəxsdən gedir.

Mənbə: Apa