​Pantomima Teatrının oktyabr repertuarı

​Pantomima Teatrının oktyabr
17:00 02.10.2022
A- A+

Azərbaycan Dövlət Pantomima Teatrı oktyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Oktyabrın 1-2-də “Kişilər və qadınlar”, 8-9-da “Manqurt” tamaşaları göstəriləcək.

Bundan başqa, oktyabrın 15-16-da “Mən və Mən”, 23-də “Yük”, 29-30-da isə “Kişilər və qadınlar” tamaşası nümayiş ediləcək.

Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.