Londonda yaşayan türk əsilli qadın Sandra toydan əvvəl subaylığa vida partisi təşkil etmək üçün rəfiqələri ilə İspaniyaya gedib.
Sulh.info.az xəbər verir ki, onlar İspaniyada villa kirayə tutublar. 27 yaşlı Sandra geri qayıdanda heyrətə gəlib.
Məlum olub ki, kirayə tutduqları mənzilə oğru girib. Soyğunçular qadının 1,3 milyon lirə dəyərində qızıllarını oğurlayıblar.
Sandra polisə şikayət etsə də, nəticə əldə edə bilməyib.