Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə Amerikanın necə cavab verəcəyini açıqlayıb.
Sulh.info.az xəbər verir ki, məlumata görə, Vaşinqton Rusiyanın Ukraynadakı istənilən nüvə hücumuna dağıdıcı cavab verərək, bütün Moskva qüvvələrini və hərbi bazalarını məhv edəcək.
“Biz NATO-ya rəhbərlik etməklə, Ukraynada, eləcə də Krım və Qara dənizdəki hər bir gəmidə görə biləcəyimiz və müəyyən edə bildiyimiz hər bir Rusiyaya aid qüvvələri ortadan qaldırmaq üçün birgə səylə cavab verəcəyik” - deyə Devid Petreus bildirib.
Mənbə: The Guardian