​Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb

​Ceyhun Bayramov isveçrəli həmkarı ilə
11:57 03.10.2022
275 Siyasət
A- A+

Cenevrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb.

Bu barədə Azərbaycan XİN başçısı "Twitter" hesabında bildirib.

Azərbaycanlı nazir isveçrəli həmkarını oktyabrın 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş barədə məlumatlandırıb.

"Mən İsveçrəyə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, bu görüş regionumuzda sülhə təkan verəcək".