​İranda Xameneyinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirilib

​İranda Xameneyinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış
13:59 03.10.2022
317 Dünya
A- A+

Bu gün səhər İranın Ali Baş Komandanı Seyid Əli Xameneyinin iştirakı ilə Polis Akadamiyasının tələbələrinin buraxılış mərasimi keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İmam Həsən (ə) adına Polis Akademiyasının həyətinə daxil olan Ayətullah Xameneyi əvvəlcə şəhidlərin xatirə abidəsinin olduğu yerə gedib, “Fatihə” oxuyaraq Uca Tanrıdan şəhid Polislərə rəhmət dilədi.

İranın Ali lideri daha sonra meydandakı polis, sərhəd xidməti və yol polisi birləşmələrini salamladı.

Meydanda düzülmüş polis birləşmələri təntənəli parad nümayiş etdilər.