​Bakıda nəqliyyat sahəsinin vəziyyətinə həsr olunan müşavirə keçirilib

​Bakıda nəqliyyat sahəsinin vəziyyətinə həsr olunan
19:30 03.10.2022
252 Ölkə
A- A+

Oktyabrın 3-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib.

Bu barədə SÜLH.İNFO.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.