​Bakıda maşındakı yanğın binaya keçib

​Bakıda maşındakı yanğın
19:45 03.10.2022
275 Hadisə
A- A+

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib.

Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.