​DİN: 17 il müddətində 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb

​DİN:
10:20 04.10.2022
254 Sosial
A- A+

Ötən 17 il müddətində 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib.

O bildirib ki, 617 nəfər cinayət məsuliyyətinə cəlb edilib.