​"Belarus hərbçiləri heç kəsi öldürmür" - Aleksandr Lukaşenko

​
14:43 04.10.2022
395 Siyasət
A- A+

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynadakı xüsusi hərbi əməliyyatlarda iştirak etdiyini açıqlayıb.

Sulh.info.az xəbər verir ki, o, qeyd edib ki, buna baxmayaraq onun ölkəsinin hərbçiləri heç kəsi öldürmür.

“Onların vəzifəsi Polşa, Litva və Latviya zərbələrindən qorumaq və münaqişənin ölkə ərazisinə keçməsinin qarşısını almaqdır”, - o deyib.

Prezidentin sözlərinə görə, heç kəs Belarus ərazisindən ruslara atəş aça bilməyəcək.

Mənbə: TASS