​Məktəblilərə ehsan adıyla konfet kağızının paylanması iddiasına DİN-dən REAKSİYA

​Məktəblilərə ehsan adıyla konfet kağızının paylanması iddiasına
17:09 04.10.2022
268 Hadisə
A- A+

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Bu barədə DİN-dən məlumat verilib.

“Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətrafında tanımadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məşhurlaşmaq üçün yayıb.

Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik”, - deyə qurumdan bildirilib.