Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Masallı rayonunun Qəzvinoba kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Report dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Turan.İ.O" MMC-dir.
Qalib şirkətə 2,41 milyon manat ödəniləcək.