​Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib

​Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini
20:15 04.10.2022
300 Dünya
A- A+

Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib.

SÜLH.İNFO.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

O, 100-dən çox müharibə cinayətinin sənədləşdirildiyini qeyd edib:

"Xerson rayonunda 50-dən çox yaşayış məntəqəsi azad edilib və 3500-dən çox vətəndaş Rusiya işğalından qurtulub. Milli Polis tərəfindən 105 müharibə cinayəti sənədləşdirilib və bu istiqamətdə işlər davam etdirilir".

Y. Yenin rayonda mobil buraxılış məntəqəsinin fəaliyyətə başladığını qeyd edib.