​"Ətrafdakılar niyə reaksiya vermirlər?" - Deputat məktəbdəki davadan DANIŞDI

​
12:06 05.10.2022
429 Sosial
A- A+

“112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir. Bu həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir. Bu məsələdə həm valideynlər, həm də məktəblər ciddi məsuliyyət daşıyırlar".

Sulh.info.az bildirir ki, bu sözləri saytımıza danışan deputat Ceyhun Məmmədov deyib. O, həmçinin əlavə edib:

"Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar?

Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onlara vaxt ayıraq, düzgün tərbiyə verək”.

Fidan Ali / Sulh.info.az