​Rusiya “Şimal axın”ları ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlıdır

​Rusiya “Şimal axın”ları ilə bağlı beynəlxalq araşdırmanın
14:30 05.10.2022
272 Dünya
A- A+

Rəsmi Moskva Rusiyanın və Almaniyanın iştirakı ilə “Şimal axını” kəmərlərində baş vermiş qəzaların beynəlxalq səviyyədə araşdırılmasında israrlıdır.

Bu barədə “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərindəki qəzaları şərh edən Rusiya XİN rəhbərinin müavini Serqey Verşinin deyib.

Verşinin həmçinin, onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qaz kəmərləri ilə bağlı 30 sentyabrda iclas keçirilib və müzakirələr faydalı olub: “Aydın məsələdir ki, hər hansı qərar qəbul olunmayıb, lakin baş vermiş hadisənin təxribat olması və araşdırılma aparılmasının vacibliyi qeyd olunub. Biz də bu fikri dəstəkləyirik, həqiqətən də Rusiyanın iştirakı ilə araşdırma aparılmalıdır və bura Almaniyanın da qoşulması vacibdir”.