​"Bunu ölkəmizin strateji maraqlarına birbaşa təhlükə kimi qəbul edirik" - Anatoli Antanov

​
14:15 05.10.2022
263 Siyasət
A- A+

Rusiya xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya göndərəcəyini açıqladığı hərbi yardım Qərb ölkələri ilə birbaşa münaqişə riskini artırır.

Sulh.info.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antanov deyib:

"Biz bunu ölkəmizin strateji maraqlarına birbaşa təhlükə kimi qəbul edirik. ABŞ və müttəfiqləri tərəfindən hərbi texnikanın tədarükü daha çox qan tökülməsinə və yeni itkilərə səbəb olacaq, eyni zamanda Rusiya ilə Qərb ölkələri arasında birbaşa hərbi qarşıdurma riskini artıracaq".

Mənbə: BBC