​Bakı Dövlət Sirkində heyətin formalaşdırılması prosesi gedir

​Bakı Dövlət Sirkində heyətin formalaşdırılması
15:53 05.10.2022
269 Sosial
A- A+

Hazırda Bakı Dövlət Sirkinin yeni heyətinin formalaşdırılması prosesi gedir.

APA xəbər verir ki, onu jurnalistlərə açıqlamasında sirkin direktor əvəzi Nahid Ağayev deyib.

O deyib ki, hazırda Bakı Dövlət Sirkinin truppası tam heyətlə çıxış edə bilməz: “Beynəlxalq təcrübə məhz ona görə lazımdır ki, bu təcrübələr artsın. Bu təcrübələr artdıqca bizim truppamız da tam formalaşacaq”.