​Dünya azərbaycanlıları Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib

​Dünya azərbaycanlıları Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara
18:15 05.10.2022
305 Ölkə
A- A+

Azərbaycan diaspor təşkilatları Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır.

Mühüm bir faktı da unutmamaq lazımdır ki, Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirib, nəticədə 100-dən artıq dinc sakin həlak olub. Lakin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib.

Dünya azərbaycanlıları qətiyyətlə bəyan edir ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı humanitar sahədə intervensiya siyasəti həyata keçirib.

Biz bu faktları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, Ermənistanın hərbi cinayətlərinin qarşısının alınmasını tələb edir, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq”.