​“Dünyada koronavirusa yoluxma halları azalıb” - ÜST

​“Dünyada koronavirusa yoluxma halları azalıb” -
09:20 06.10.2022
A- A+

Son bir həftə ərzində dünyada COVID-19-a yoluxma hallarının 6% azalıb.

Sulh.info.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat  verib.

Həmin müddət ərzində bu xəstəlikdən ölənlərin sayı isə 12% azalıb. Məlumata əsasən, sentyabrın 26-dan oktyabrın 2-dək 2,9 milyon insan koronavirusa yoluxub, 8,3 mindən çox şəxs bu xəstəlikdən dünyasını dəyişib.

Azalma daha çox Afrika və Qərbi Sakit okean regionunda qeydə alınıb. Ən çox yoluxma halı isə Almaniya, ABŞ, Yaponiya və Çində qeydə alınıb.