Dünyanın ən uzun dırnaqlarına sahib ABŞ sakini 22 ildir ki, onları kəsmir.
Sulh.info.az xəbər verir ki, Dinah Armstronq gündəlik həyatda çətinlik çəkməsinə baxmayaraq manikürə yazılmaq fikrində deyil.
O, sonuncu dəfə dırnaqlarını 1997-ci ildə kəsdirib.
Məlumata əsasən, onun manikür ustası olan 16 yaşlı qızı Latişa astma tutmasından yuxuda dünyasını dəyişdikdən sonra qadın bir daha manikürə getməyəcəyinə söz verib. 2022-ci ilə qədər amerikalı qadının dırnaqlarının uzunluğu 1,3 metr olub ki, bu da ona Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib. Armstronqun sözlərinə görə, hər bir dırnağı cilalamaq və ona qulluq etmək 10 saat çəkir.
Qeyd edək ki, Dinah dırnaqlarını heç vaxt kəsməyəcəyini bildirib.
Mənbə: Gazeta.ru