TƏBİB yanıq xəsarətləri alan Türkiyə vətəndaşının vəziyyətini açıqlayıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı əl və üzündə olan yanıq xəsarətlərilə 06.10.2022-ci il saat 00:35 radələrində TƏBİB-in tabeliyindəki Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
İkinci dərəcəli yanıq diaqnozu qoyulan pasiyentin hazırda müalicəsinə davam edilir. Vəziyyəti orta ağırdır.