​Rusiyanın işgəncə kameralarından tapıntılar - Qızıl diş qutuları

​Rusiyanın işgəncə kameralarından tapıntılar -
14:39 06.10.2022
284 Dünya
A- A+

Ukraynanın Rusiyadan geri aldığı Xarkov şəhərində qandonduran tapıntılar aşkarlanıb.

Sulh.info.az xəbər verir ki, tapıntının fotosunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dərc edib.

Tədqiqatçılar Rusiyanın işgəncə kameralarında qızıl diş qutuları tapıblar. Eyni zamanda Piski-Radkivski kəndindəki evdə elektrik kabelləri, kəndirlər, seks oyuncaqları, qaz maskaları və yanmış parçalar aşkar ediblər.

Ukrayna rəsmiləri rusların qurbanlarını torpağa basdırıb onlara qaz maskası taxıb ardınca parça yandıraraq boğulmalarına səbəb olduqlarını qeyd edib.

Mənbə: Dumskaya