​İspaniyada terrorizmin təbliği ilə məşğul olan 11 nəfər həbs edilib

​İspaniyada terrorizmin təbliği ilə məşğul olan
20:30 06.10.2022
251 Dünya
A- A+

İspaniya milli polisi terrorizmin təbliğatında və digər cinayətlərdə iştirakda şübhəli bilinən 11 nəfəri saxlayıb.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.

Həbslər Melilla şəhərində və Qranadada həyata keçirilib.

Şübhəli şəxslərin İŞİD terror qruplaşmasının ideyalarını təbliğ etdikləri güman olunur.