​Bakıda 40 yaşlı kişi intihar edib

​Bakıda 40 yaşlı kişi intihar
10:13 07.10.2022
248 Hadisə
A- A+

Bakıda 40 yaşlı kişi intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 6-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1982-ci il təvəllüdlü Elmir Əmrəliyev yaşadığı evin giriş qapısının qarşısında özünü asıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.